“Bu 20 yeri təsadüfi şəkildə kodlaşdırmaq olmaz” - DİM sədri

Hazırda oxunan: “Bu 20 yeri təsadüfi şəkildə kodlaşdırmaq olmaz” - DİM sədri

626459

“Öz təhsil trayektoriyanızı modelləşdirin. İxtisaslaşma seçimi zamanı bir istiqamətlə kifayətlənmək əvəzinə bir neçə mümkün ssenari hazırlamaq faydalıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə rəsmi feysbuk hesabında yazıb.

“Birinci ssenari — arzulanan seçim

Ən çox maraq göstərdiyiniz və gələcək məqsədlərinizə ən uyğun gələn proqramlar.
Topladığınız bala, plan yerlərinin sayına və ötən ilin müsabiqə vəziyyətinə uyğun olan proqramlar.

Üçüncü ssenari — ehtiyat seçim

Əsas məqsədinizə yaxın olan və sizə real peşəkar imkanlar verə biləcək alternativ proqramlar. Jurnalda göstərildiyi kimi, bakalavr uyğun proqramların birinə və ya bir neçəsinə daxil olan dövlət sifarişli və ödənişli ixtisaslaşmaları seçə bilər. Elektron ərizəyə daxil edilən ixtisaslaşmaların ümumi sayı isə 20-dən çox olmamalıdır.

Bu 20 yeri təsadüfi şəkildə kodlaşdırmaq olmaz. Seçimlər həqiqi üstünlük sırasına uyğun aparılmalıdır. Bal sizin seçiminizi əvəz etməməlidir. Bal yalnız öz qərarınızı verərkən istifadə etdiyiniz meyarlardan biri olmalıdır”, - deyə o paylaşımında qeyd edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin