İki rəsmi qurumdan vətəndaşlara XƏBƏRDARLIQ: Bu məlumatlar SAXTADIR!

Hazırda oxunan: İki rəsmi qurumdan vətəndaşlara XƏBƏRDARLIQ: Bu məlumatlar SAXTADIR!

626443

Sosial şəbəkə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi, qeydiyyatın aparılması və bunun üçün müəyyən mobil nömrələrlə əlaqə saxlanılmasının zəruriliyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır.

Bizim.Media-nın məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə məlumatında bildirilib ki, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir və vətəndaşlarda çaşqınlıq yaratmağa yönəlib.

Bildirilib ki, vətəndaşlar bu cür saxta elanlara etibar etməsinlər:

"Naməlum telefon nömrələri ilə əlaqə saxlamasınlar, bank kartı rekvizitlərini, şəxsiyyət vəsiqəsi məlumatlarını, SMS-lə göndərilən təsdiq kodlarını və digər şəxsi-maliyyə məlumatlarını heç bir halda qarşı tərəfə təqdim etməsinlər, eləcə də hər hansı ödəniş həyata keçirməsinlər. Hazırda həmin saxta məlumatlarla bağlı araşdırmalar aparılır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin