700 bal hər qəbul mövsümünün ən çox gözlənilən nəticəsidir.
Hər il minlərlə abituriyent bu göstəriciyə çatmağa çalışsa da, maksimum bal toplayanların sayı, adətən, bir əldəki barmaqlarını keçmir.
Bəs, son 10 ildə hansı il rekord göstərici ilə yadda qalıb?
Bizim.Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin indiyədək açıqladığı qəbul imtahanı nəticələrinə əsasən, 2025-2026-cı il mövsümü üzrə hələ ki bir 700 ballıq nəticə qeydə alınıb.
Maksimum nəticəni I ixtisas qrupu üzrə Burlaxatun Məcidli göstərib. O, qəbul imtahanının iki mərhələsinin yekununa əsasən, 700 bal toplayaraq builki ilk tam nəticənin sahibi olub.
İllər üzrə statistikaya nəzər saldıqda ən uğurlu ilin 2018-ci il olduğu görünür. Həmin il 29 abituriyent maksimum nəticə göstərərək indiyədək qırılmayan rekorda imza atıb.
Sonrakı yerlərdə isə 2015 və 2017-ci illər qərarlaşıb. Hər iki ildə 15 nəfər 700 bal toplayıb.
Son 10 ilin statistikası isə belədir:
700 bal hər qəbul mövsümünün ən çox gözlənilən nəticəsidir. Hər il minlərlə abituriyent bu göstəriciyə çatmağa çalışsa da, maksimum bal toplayanların sayı adətən bir əlin barmaqlarını keçmir. Bəs son 10 ildə hansı il rekord göstərici ilə yadda qalıb?
"Yeni Sabah" xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin indiyədək açıqladığı qəbul imtahanı nəticələrinə əsasən, 2026-cı ildə hələ ki, bir 700 ballıq nəticə qeydə alınıb. Maksimum nəticəni I ixtisas qrupu üzrə Məcidli Burlaxatun Bəhruz qızı göstərib.
O, qəbul imtahanının iki mərhələsinin yekununa əsasən 700 bal toplayaraq builki ilk tam nəticənin sahibi olub. İllər üzrə statistikaya nəzər saldıqda ən uğurlu ilin 2018-ci il olduğu görünür. Həmin il 29 abituriyent maksimum nəticə göstərərək indiyədək qırılmayan rekorda imza atıb. Sonrakı yerlərdə isə 2015 və 2017-ci illər qərarlaşıb. Hər iki ildə 15 nəfər 700 bal toplayıb.
Son 10 ilin statistikası isə belədir:

Xatırladaq ki, 2026-cı ilin yekun statistikası hələ formalaşmayıb. Çünki I və IV ixtisas qrupları üzrə ikinci qəbul imtahanlarının nəticələri məlum deyil. Buna görə də 700 bal toplayanların sayının artacağı istisna edilmir. (yenisabah.az)
Bizim.Media






































































































