Samur-Abşeron kanalında batan yeniyetmənin meyiti tapıldı

Hazırda oxunan: Samur-Abşeron kanalında batan yeniyetmənin meyiti tapıldı

626249

Samur-Abşeron kanalında batan 16 yaşlı yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Bizim.Media-ya verilən məlumata görə, iyulun 12-də kanalın Quba rayonunun Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il yüksək Osmanov Fərid Paşa oğlunun axtarışları başa çatıb.

Onun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları təxminən 15 kilometr aralıda – Samur-Abşeron kanalının Şabran rayonunun Gəncə kəndindən keçən hissəsində tapılaraq sudan çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin