Bakıda valideynləri tərəfindən işgəncə gördükləri üçün evdən qaçan və daha sonra tapılan azyaşlı bacı-qardaşın gələcək taleləri ilə bağlı rəsmi açıqlama verilib.
Bizim.Media xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətindən “oxu.az”a verilən məlumata görə hadisə ilə bağlı məlumatlıdırlar və məsələ hazırda Sosial Xidmətlər Agentliyinin nəzarətindədir:
"Biz məlumat vermişik, uşaqların yerləşdirilməsi Sosial Xidmətlər Agentliyi tərəfindən təmin edilib. Ana övladlarından imtina edib. Bu halda dövlət uşaqların himayəsini üzərinə götürəcək.
Onların hansı müəssisədə yerləşdirilməsi ilə bağlı qərarı da Sosial Xidmətlər Agentliyi verir".
Qeyd edək ki, Bakıda 2015-ci il təvəllüdlü İ.A. və 2018-ci il təvəllüdlü S.A. bacı-qardaşin itkin düşməsi barədə məlumat yayılmışdı.
Məlum olub ki, bacı-qardaş uzun müddət ailədaxili zorakılığın qurbanı olub.
Onların sözlərinə görə, anaları tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalıb, ataları isə spirtli içki qəbul etdikdən sonra uşaqlara işgəncə verib.
Bizim.Media



































































































