Qusarda "Bəxt üzüyü" səhnələşdirildi: Teatr mövsümünün bağlanışından FOTOLAR

Hazırda oxunan: Qusarda "Bəxt üzüyü" səhnələşdirildi: Teatr mövsümünün bağlanışından FOTOLAR

626063

İyulun 17-də Qusar şəhərinin General Mahmud Əbilov adına Mərkəzi Meydanında Azərbaycan Milli Teatrının 153-cü, Qusar Dövlət Ləzgi Dram Teatrının isə 34-cü teatr mövsümünün bağlanış mərasimi keçirilib. Mərasim yüksək əhval-ruhiyyə və tamaşaçıların böyük marağı ilə yadda qalıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət Şöbəsinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova, idarə və müəssisə rəhbərləri, ziyalılar, mədəniyyət xadimləri, rayon sakinləri və qonaqlar iştirak ediblər.

Əvvəlcə sərgiyə baxış keçirilib. Sərgidə mövsüm ərzində səhnələşdirilən tamaşalardan fotolar, dekor və geyim nümunələri nümayiş olunub. Bağlanış mərasimi rəngarəng konsert proqramı ilə davam edib. Səhnədə müxtəlif musiqi ifaları səsləndirilib, milli rəqs nümunələri təqdim olunub.
 

Gecənin ən yaddaqalan anı isə görkəmli şair və dramaturq Vaqif Səmədoğlunun “Bəxt üzüyü” əsərinin teatrın peşəkar aktyor heyəti tərəfindən ifası olub. Tamaşa dərin məzmunu və aktyorların ustalıqla yaratdıqları obrazlarla tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. 


Tədbirin sonunda şəhid Oleq Cəfərovun anası Tinatin Cəfərova söz alaraq teatrın rəhbərliyi başda olmaqla yaradıcı heyətinə minnətdarlığını bildirib.

O vurğulayıb ki, teatr kollektivi hər zaman olduğu kimi bu mövsümdə də Vətən yolunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yaşadıb, şəhid ailələri və qazilərə mənəvi dəstək olub.

Teatr mövsümünün bağlanış mərasimi gurultulu alqışlar və möhtəşəm bağlanış kompozisiyası ilə yekunlaşıb.






















Aytəkin Alsaxlı, Bizim.Media, Şimal Bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin