İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

Hazırda oxunan: İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

626043

"Sistemli, ardıcıl və məqsədyönlü çalışma MİQ-də uğurun açarıdır".

Bizim.Media xəbər verir ki, bu sözləri MİQ imtahanında ingilis dili müəllimliyi üzrə 93,75 bal toplayan namizəd Leyla Rəhimova AzEdu.az-a açıqlamasında bildirib.

"Azərbaycan Dövlət Pedaqoji Universitetinin ingilis dili müəllimliyi ixtisasının məzunuyam. Bu gün ingilis dili fənni üzrə MİQ imtahanında iştirak etdim və 93,75 bal topladım. Bu, mənim MİQ imtahanında ilk iştirakım idi.
 

İmtahan sualları arasında həm asan, həm orta, həm də çətin səviyyəli tapşırıqlar var idi. Məni daha çox metodika sualları düşündürdü. İxtisas üzrə isə 40 sualın hamısını düzgün cavablandırdım. Bu nəticəni özümdən gözləyirdim və məqsədim yüksək nəticə əldə etmək idi.


Magistratura təhsilimi Naxçıvan Dövlət Universitetində almışam. İmtahana ciddi şəkildə hazırlaşmışdım və düşünürəm ki, əldə etdiyim nəticə bunun göstəricisidir.

Mənim fikrimcə, MİQ imtahanında uğur qazanmağın sirri sistemli, ardıcıl və məqsədyönlü çalışmaqdır. Qarşıya konkret hədəf qoymaq və həmin hədəfə doğru davamlı şəkildə irəliləmək yüksək nəticə əldə etməyə kömək edir.

Gələcəkdə fəaliyyətimi Bakı məktəblərində davam etdirmək istəyirəm. Burada yaşadığım üçün müəllim kimi Bakı məktəblərində çalışmaq mənim əsas hədəfimdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin