Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

Hazırda oxunan: Məşhur qarpız mifi təkzib olundu: Böyrəkləri yaxşılaşdırmır, əksinə...

625980

Qarpızdan həddindən artıq istifadə etmək böyrəklərin fəaliyyətini yaxşılaşdırmır, əksinə, sidik-ifrazat və ürək-damar sisteminə əlavə yük yaradır.

Bizim.Media xəbər verir ki, bu barədə RT-yə müsahibəsində uroloq-androloq Timur Bitsoyev xəbərdarlıq edib.

Həkim qeyd edib ki, bu məhsul böyrəklərdə artıq formalaşmış daşların əriməsinə və bədəndən xaric olunmasına kömək etmir. Üstəlik, rasionda qarpızın həddindən çox olması sidik ifrazının kəskin artması ilə nəticələnir. Bu isə sidik axarının tıxanmasına və böyrək sancısı tutmasına səbəb ola bilər.
 

“İnsanlar arasında belə bir yanlış təsəvvür var ki, nə qədər çox qarpız yeyilsə, böyrəklər üçün bir o qədər faydalıdır. Əslində isə normadan artıq qarpız yemək orqanizmə əlavə ağırlıq gətirir. Xüsusilə xroniki böyrək xəstəliyi, kəskin ürək çatışmazlığı, ağır arterial hipertoniyası olan və həkim tərəfindən maye qəbulu məhdudlaşdırılan şəxslər qarpız yeyərkən ehtiyatlı olmalıdırlar”, - deyə Bitsoyev vurğulayıb.


Uroloq əlavə edib ki, qarpızın tərkibində təbii şəkərin miqdarı olduqca yüksəkdir. Bu isə diabet, prediabet, piylənmə və karbohidrat mübadiləsi pozuntusu olan şəxslər üçün risk yaradır.

Ekspertin fikrincə, böyrək daşı xəstəliyinin profilaktikasında qarpıza deyil, gün ərzində bədənin su balansının düzgün qorunmasına üstünlük verilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin