Azad olunmuş ərazilərdə torpaq alan qaliblər müəyyənləşdi – SMS göndərildi

Hazırda oxunan: Azad olunmuş ərazilərdə torpaq alan qaliblər müəyyənləşdi – SMS göndərildi

625920

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə III investisiya müsabiqəsinin qalibləri müəyyənləşib.

Bizim.Media bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ölkə Prezidentinin 27 noyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları"na uyğun olaraq həmin ərazilərdə torpaqların icarəyə verilməsi davam etdirilir.

Bu il aprelin 30-da elan edilmiş III investisiya müsabiqəsi üzrə sənəd qəbulu iyunun 15-də yekunlaşıb. Müsabiqədə iştirak üçün ümumilikdə 193 sahibkarlıq subyekti müraciət edib.

İyulun 14-də III investisiya komissiyasının müsabiqənin yekunlarına həsr olunmuş iclası keçirilib, iclasda müsabiqə iştirakçıları və qaliblərin siyahısı təsdiqlənib. Müsabiqə iştirakçısı hesab edilən sahibkarlıq subyektləri nəticələrlə bağlı sms vasitəsilə məlumatlandırılıblar. Qalib elan edilmiş sahibkarlıq subyektlərinin məlumatlandırılması prosesi isə mərhələli şəkildə davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin