Azərbaycan və Özbəkistan universitetləri ortaq proqramlar açacaq

Hazırda oxunan: Azərbaycan və Özbəkistan universitetləri ortaq proqramlar açacaq

625912

Özbəkistanda fəaliyyət göstərən Beynəlxalq Türk Dövlətləri Universiteti ilə Azərbaycan Texniki Universiteti, SOCAR, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Ali Neft Məktəbi arasında ortaq proqramların açılması nəzərdə tutulur. Bu əməkdaşlıqlarla bağlı artıq müvafiq razılaşmalar imzalanıb.

Bizim.Media xəbər verir ki, bu sözləri Beynəlxalq Türk Dövlətləri Universitetinin rektoru Bahadır Turayev deyib.

Onun sözlərinə görə, universitet 2025-ci ilin yanvar ayında Özbəkistan Prezidentinin qərarı ilə yaradılıb.
 

Məqsəd türk dövlətlərinin ali təhsil sistemini ortaq proqramlar və elmi-tədqiqat fəaliyyəti ətrafında bir araya gətirməkdir.


Rektor bildirib ki, hazırda universitetdə türk universitetləri ilə tibb, elektrik mühəndisliyi, qida və digər istiqamətlər üzrə ortaq proqramlar fəaliyyət göstərir. Layihə çərçivəsində Daşkənddə Türk-Azərbaycan Universiteti, Türk-Kazak Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrinin təcrübəsindən istifadə edilir.

Xədicə Paşayeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin