Tərtərdəki qəzada ölənlər ər-arvad imiş – FOTO

Hazırda oxunan: Tərtərdəki qəzada ölənlər ər-arvad imiş – FOTO

625742

Tərtərdə baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxslərin ər-arvad olduğu məlum olub.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, qəzada ölən Bərdə rayonunun Qaraqoyunlu kənd sakinləri - 1962-ci il təvəllüdlü Əhmədov Adil İbrahim oğlu və 1973-cü il təvəllüdlü Əmirova Elza Novruz qızı bir ailənin üzvləri, yəni ər-arvad olublar.

Qeyd edək ki, onlar Tərtər rayonunun Təzəkənd kəndi ərazisində yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada həyatlarını itiriblər.

Faktla bağlı araşdırma davam etdirilir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin