Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Hazırda oxunan: Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

625726

Qlobal bazarda qızılın qiyməti 4000 dollardan aşağı enib.

Bizim.Media xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 3986 dollar civarındadır.

Qiymətli metal bu ilin ikinci rübündə 14 faiz dəyər itirib və bu, 2013-cü ildən bəri ən pis rüblük göstəricidir.
 

Ekspertlərin fikrincə, qiymətdəki geriləmə Yaxın Şərqdə davam edən gərginlik, ABŞ-də inflyasiya səviyyəsindəki artımın qarşısını almaq üçün uçot dərəcələrinin artırılacağı ilə bağlı gözləntilər fonunda baş verir.


“J.P. Morgan” bankının analitikləri hesab edirlər ki, əsas sektorlardan qızıla tələbat əvvəllər proqnozlaşdırıldığı qədər güclü olmayacaq. Bank cari ilin üçüncü rübündə qızılın qiymətinin 4300 dollar, dördüncü rübdə isə 4500 dollar olacağını proqnozlaşdırır.

“J.P. Morgan” mərkəzi bankların alışlarının və fiziki tələbin 2027-ci ildə qızılın qiymətini dəstəkləməyə davam edəcəyini gözləyir.

Qızıl ənənəvi olaraq inflyasiyaya qarşı hedcinq kimi qəbul edilsə də, yüksək faiz dərəcəsi mühitində cəlbediciliyini itirir, çünki heç bir gəlir gətirmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin