Hibrid avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ

Hazırda oxunan: Hibrid avtomobil almaq istəyənlərin DİQQƏTİNƏ

625678

Bu ilin yanvar-may aylarında Azərbaycanda 12 milyon 353,09 min dollar dəyərində 468 ədəd elektromobil idxalı qeydə alınıb. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 13 milyon 408,84 min dollar (52 faiz azalma) və 299 ədəd (39 faiz azalma) azalma deməkdir.

Həmin dövrdə ölkəyə 52 milyon 661,86 min dollarlıq 2462 ədəd hibrid avtomobil idxal olunub. Bu da 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə müvafiq olaraq 101 milyon 722,6 min dollar (65,9 faiz azalma) və 5255 ədəd (68,1 faiz azalma) azdır.

Həmçinin 6318 ədəd “plug-in” hibrid avtomobili idxal edilib ki, bu da illik müqayisədə 4391 ədəd və ya 41 faiz azalma deməkdir. İdxal edilən “plug-in” hibrid avtomobillərinin statistik dəyəri isə 82 milyon 148,11 min dollar və ya 36,9 faiz azalaraq 140 milyon 776,7 min dollar təşkil edib.

Bəs bu azalmanın səbəbi nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib ki, hibrid avtomobillərinin idxalında azalmanın əsas səbəblərindən biri 1 yanvar 2026-cı ildən vergi güzəştlərinin ləğvidir:

“Digər tərəfdən ötən ilin sonlarında ölkəmizə həddindən artıq elektrik və hibrid avtomobilləri gətirildi. həmin avtomobillərin bəziləri hələ də salonlarda öz alıcısını gözləyir. Yanvardan bu yana idxal edilən avtomobillərə ƏDV və digər gömrük rüsumları tətbiq olunur. Bu da tələbatı azaldır.

Halbuki ölkə olaraq bizim məqsədimiz havaya buraxılan karbon qazının həcminin azaldılmasıdır. Bu layihələri uğurla həyata keçirmək üçün hədəflərdən biri də elektrik və hibrid avtomobillərin idxalını stimullaşdırmaqdır. Ümid edirəm ki, yaxın gələcəkdə elektrik və hibrid avtomobillərin idxalına yenə də vergi güzəştləri tətbiq ediləcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin