"Günorta yeməyindən sonra yatmaq üçün ən uyğun vaxt saat 13:00–15:00 aralığıdır".
Bizim.Media "EatingWell" nəşrinə istinadla xəbər verir ki, bu barədə dietoloq və nutrisioloq Daniyel Smayli danışıb.
Onun sözlərinə görə, bu saatlarda orqanizmdə təbii enerji azalması baş verir. Buna görə də qısa istirahət insanı gümrahlaşdırır və gecə yuxusuna mənfi təsir göstərmir.
Smayli gündüz yuxusunun 10–30 dəqiqə davam etməsini tövsiyə edib.
Dietoloq əlavə edib ki, vaxtında edilən gündüz yuxusu diqqətin cəmlənməsini artırır, məhsuldarlığı yüksəldir və əhval-ruhiyyəni yaxşılaşdırır.
Onun sözlərinə görə, araşdırmalar göstərir ki, hətta qısa müddətli gündüz istirahəti belə orqanizmin zehni yorğunluqdan sonra bərpasına kömək edir.
Bununla yanaşı, mütəxəssis vurğulayıb ki, gündüz yuxusu keyfiyyətli gecə yuxusunu əvəz edə bilməz. (ölkə.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:56 / 16.07.2026
Gündüz yatmaq üçün ən yaxşı vaxt açıqlanıb
Hazırda oxunan: Gündüz yatmaq üçün ən yaxşı vaxt açıqlanıb
Hazırda oxunan: Gündüz yatmaq üçün ən yaxşı vaxt açıqlanıb
625644
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































