Onkoloji Klinikada təmir nə vaxt bitəcək? – Xəstəxanadan AÇIQLAMA

Hazırda oxunan: Onkoloji Klinikada təmir nə vaxt bitəcək? – Xəstəxanadan AÇIQLAMA

625489

Bir müddət əvvəl Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasındakı növbə xaosunu işıqlandırmışdıq. Belə ki, klinikanın gözləmə zallarında yaranan sıxlıq narazılıqlara səbəb olurdu. Məsələylə bağlı verilən rəsmi açıqlamada isə bunun klinikadakı təmirdən qaynaqlandığı bildirilmişdi.

Bəs sözügedən təmir bitib? Ümumiyyətlə, təmir nə ilə bağlı idi?

Azərbaycan Tibb Universitetindən Bizim.Media-ya təmirin yekunlaşdığı və həmin sahənin yaxın günlərdə istifadəyə veriləcəyi bildirilib:

“Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, pasiyentlər üçün daha əlverişli və müasir şəraitin yaradılması məqsədilə mütəmadi olaraq təmir, yenidənqurma və abadlıq işləri həyata keçirilir.
 

Klinikaya müraciət edən xəstələrin sayının çoxluğu nəzərə alınaraq, pasiyentlərin və onların müşayiətçilərinin rahatlığının təmin edilməsi, həmçinin dəhlizlərdə yaranan sıxlığın qarşısının alınması məqsədilə Klinikanın həyətində yerləşən yardımçı sahənin təmirinə başlanıb və işlər tamamlanıb. Sözügedən sahənin yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.


Qeyd olunan tədbirlər klinikada xidmət prosesinin daha səmərəli təşkili, pasiyentlərə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması və onların rahatlığının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl tədbirlərin tərkib hissəsidir”,- deyə açıqlamada qeyd olunub.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin