Şagirdlərin ev tapşırığını süni intellekt yoxlayacaq - YENİLİK

Hazırda oxunan: Şagirdlərin ev tapşırığını süni intellekt yoxlayacaq - YENİLİK

625448

Azərbaycanda şagirdlər üçün köməkçi mentor funksiyasını yerinə yetirəcək EduSLM adlı süni intellekt həlli istifadəyə veriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, layihə Elm və Təhsil Nazirliyi ilə BƏƏ-nin Presight G42 şirkəti arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
 

Məlumata görə, EduSLM şagirdlərin bilik səviyyəsinə uyğun fərdiləşdirilmiş dəstək təqdim edəcək. Sistem dərsliklər üzrə sualları cavablandıracaq, testlər hazırlayacaq, ev tapşırıqlarını yoxlayıb qiymətləndirəcək. Bundan əlavə, interaktiv tədris materialları yaradacaq, şagirdlərin nailiyyətlərini təhlil edəcək və tədris prosesinin daha səmərəli təşkilinə dəstək verəcək.


Nazirlik qeyd edib ki, süni intellekt texnologiyalarının tətbiqi təhsildə keyfiyyət dəyişikliyi yaradaraq müəllimlərin işini asanlaşdıracaq, vaxtın daha səmərəli idarə olunmasına və dərslərin nəticəyönümlü təşkilinə imkan verəcək.

Eyni zamanda, bu texnologiyalar şagirdlər üçün fərdiləşdirilmiş və adaptiv öyrənmə mühiti formalaşdıraraq onların fərdi inkişafına şərait yaradacaq.

Qeyd edək ki, ötən ayın 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda rəqəmsal transformasiya, eləcə də kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində mövcud və yeni yaranan risklər müzakirə olunub.("Report.az")

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin