Bakıda nasaz avtobus qəza şəraiti yaratdı - Sürücü sərnişinləri təhqir etdi - VİDEO

Hazırda oxunan: Bakıda nasaz avtobus qəza şəraiti yaratdı - Sürücü sərnişinləri təhqir etdi - VİDEO

625431

Bakıda sərnişin avtobusu qəza şəraiti yaradıb.

Bizim.Media xəbər verir ki, dünən saat 21 radələrində 71 nömrəli marşrut üzrə işləyən avtobusun əyləc sistemində problem yaranıb.
 

Metronun "Koroğlu" stansiyasının yaxınlığında olarkən sərnişinlər dayanacaqda nəzarətçilərdən avtobusun xətdən çıxarılmasını tələb ediblər. Lakin onlar buna məhəl qoymayıblar, nasaz nəqliyyat vasitəsini yenidən marşruta buraxıblar.


Əyləc sistemi sıradan çıxan avtobus oradan "Azadlıq prospekti" metro stansiyasına qədər qəza şəraiti yarada-yarada gəlib. Sürücüsü isə buna etiraz bildirən sərnişinləri təhqir edib. Nəticədə sərnişinlərin əksəriyyəti ünvana çatmamış avtobusdan düşüblər.

Hadisə ilə bağlı videonu təqdim edirik: (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin