Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

Hazırda oxunan: Smartfonlar niyə gecə saatlarında şarj itirir? - Əsas səbəblər və tövsiyələr

625401

İT mütəxəssisi Vladimir Zıkov smartfonların gecə saatlarında niyə şarj itirməsini açıqlayıb. Normaya görə, gecə ərzində telefon 1-4% enerji itirməlidir. Əgər bu göstərici 10%-dən çoxdursa, deməli cihazın problemi var.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, telefon davamlı olaraq şəbəkə axtardığı üçün radio modul daha güclü işləyir və enerji sərfiyyatı artır.

Fonda işləyən tətbiqlər: Mesencerlər, VPN, e-poçt və "ağıllı" saat proqramları fon rejimində aktiv qalaraq məlumat ötürür.

Digər faktorlar: Avtomatik rezerv nüsxələrin çıxarılması, sistem indeksləşdirməsi, geolokasiya və Wi-Fi/Bluetooth axtarışı.

Batareyanın köhnəlməsi: Zamanla akkumulyatorun tutumu azalır.

Mütəxəssis tövsiyələri:

Batareya statistikasına baxaraq çox enerji sərf edən tətbiqləri müəyyən edin.

Fonda işləyən tətbiqlərin aktivliyini məhdudlaşdırın.

Şəbəkə zəifdirsə, "təyyarə rejimi"ndən istifadə edin.

Batareyanın vəziyyətini yoxlatdırın.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin