39 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi

Hazırda oxunan: 39 nömrəli marşrutun hərəkət sxemi dəyişdirildi

625393

Bakı şəhərində sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahat hərəkətinin təmin olunması məqsədilə 39 nömrəli müntəzəm marşrut üzrə dəyişikliklər həyata keçirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, sərnişin tələbatı nəzərə alınaraq iyulun 15-dən etibarən Məhəmməd Xiyabani küçəsindən (Yasamal yaşayış massivi) metronun “İçərişəhər” stansiyası istiqamətində hərəkət edən 39 nömrəli marşrutun sxemi dəyişdirilib. Dəyişikliyə əsasən, marşrutun son dayanacaq məntəqəsi İstiqlaliyyət küçəsində, Nizami bağı ərazisində təşkil olunub.
 

Bununla yanaşı, sərnişinlərə daha komfortlu və ekoloji baxımdan daha səmərəli xidmət göstərilməsi məqsədilə 39 nömrəli marşrut üzrə avtobus parkı yenilənib. Xətt üzrə yalnız sıxılmış təbii qaz (CNG) texnologiyası ilə təchiz olunan müasir nəqliyyat vasitələri istismar edilir.


Marşrut üzrə gedişhaqqı əvvəlki kimi 0,60 manat təşkil edir.

AYNA bildirir ki, həyata keçirilən bu cür tədbirlər paytaxtda ictimai nəqliyyatın keyfiyyətinin artırılmasına, sərnişinlərin rahatlığının təmin edilməsinə və ekoloji nəqliyyat həllərinin genişləndirilməsinə xidmət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin