Deputatlar tətilə ÇIXDI

Hazırda oxunan: Deputatlar tətilə ÇIXDI

625204

Milli Məclisin deputatları tətilə çıxıb.

Bizim.Media xəbər verir ki, parlamentin növbədənkənar sessiyası üzrə son iclası bu gün - iyul ayının 14-də keçirilib.

İclası Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov bağlı elan edib. Sonuncu iclasdan sonra deputatlar tətilə çıxıb.

Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır. Tətil müddətində Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin