“IV Şuşa Qlobal Media Forumu da ən yüksək səviyyədə təşkil edilib” – Gürcü blogerin TƏƏSSÜRATLARI – FOTO

Hazırda oxunan: “IV Şuşa Qlobal Media Forumu da ən yüksək səviyyədə təşkil edilib” – Gürcü blogerin TƏƏSSÜRATLARI – FOTO

625203

"Əvvəlki illərdə olduğu kimi, 4-cü Şuşa Qlobal Media Forumu da ən yüksək səviyyədə təşkil edilib".

Bu sözləri Bizim.Media-ya açıqlamasında Tako Tamuna ləqəbi ilə tanınan gürcü bloger bildirib.

"Bu il forumda daha çox iştirakçı oldu. Ənənəyə uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etdi. O, həm bölgəmizdəki vəziyyət, həm də qlobal proseslərlə bağlı jurnalistlərin bütün suallarına ətraflı və dolğun cavablar verdi."

Tako Tamuna həmçinin Şuşadakı bərpa və tikinti işlərinin miqyasından təsirləndiyini qeyd edib:

"Bu, mənim Şuşaya ilk səfərim deyil. Əvvəlki illərdə burada dəfələrlə olmuşam. Lakin son dəyişikliklərdən sonra şəhər daha da gözəlləşib."

Bloger həmçinin bildirib ki, Azərbaycan haqqında həqiqətləri ictimailəşdirməyə başladıqdan sonra təhdidlərlə üzləşib:

"2023-cü ildə şəxsən Laçın yolundakı etiraz aksiyasını izlədim və baş verənlər barədə beynəlxalq ictimaiyyətə məlumat verməyə çalışdım. Daha sonra verilişlərimdə və nəşrlərimdə Qarabağda bəzi ermənilərin törətdiyi insanlığa qarşı cinayətlərdən danışdım.

Erməni generalı Levon Minasyanın Xocalı soyqırımında iştirak etdiyini və çoxsaylı azərbaycanlıları öldürdüyünü etiraf etdiyi canlı yayım xüsusilə geniş rezonans doğurdu. Bu yayımdan sonra milliyətcə erməni olan bəzi şəxslərin təhdidləri və təzyiqləri ilə qarşılaşdım. Hətta açıq şəkildə məni tapıb cəzalandırmaqla hədələyənlər də oldu!"


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin