Yayda evdəki istiliyi artıran əsas səhv nədir?

Hazırda oxunan: Yayda evdəki istiliyi artıran əsas səhv nədir?

625194

İnsanların tez-tez yol verdiyi bir səhv yay aylarında evdəki istiliyin daha da kəskinləşməsinə səbəb olur.

Bizim.Media xəbər verir ki, bu barədə "El Confidencial" nəşri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına istinadən informasiya yayıb.

Qeyd olunur ki, yayda yol verilən əsas yanlışlıq otağı havalandırmaq üçün gündüz saatlarında pəncərələrin açılmasıdır.

Məsələ burasındadır ki, küçədəki hava evin daxilindəki havadan xeyli istidir. Nəticədə isti kütlə birbaşa mənzilə daxil olur.

Ekspertlər havalandırma prosesini ya səhər tezdən, ya da gecə həyata keçirməyi məsləhət görürlər.

Həmçinin gün ərzində pərdələri və jalüzləri qapalı saxlamaq tövsiyə olunur. Bu üsul günəş şüalarının otağa daxil olmasının qarşısını almağa kömək edəcək. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin