Media və Yayım Şurasının İDARƏETMƏ STRUKTURU bəlli oldu

Hazırda oxunan: Media və Yayım Şurasının İDARƏETMƏ STRUKTURU bəlli oldu

625172

Media və Yayım Şurasının sədri və üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcəklər.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Media haqqında” qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsində əks olunub.

Layihəyə əsasən, Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə 2 (iki) sədr müavini seçəcəklər.

Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

Şuranın qərarı qəbul edilərkən səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici hesab edilir.

Şuranın sədri müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Şuranın Aparatının strukturunu, ştat cədvəlini, ayrılmış büdcə təxsisatı daxilində onların gəlir və xərclər smetasını təsdiq edəcək, Şura aparatının struktur bölmələrinin əsasnamələrini təsdiq edəcək, Şura aparatının işçilərini vəzifəyə təyin  və vəzifədən azad edəcək, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görəcək.

Həmçinin, Şuranın sədri öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə biləcək.
 
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin