Köhnə avtomobili olanların nəzərinə

Hazırda oxunan: Köhnə avtomobili olanların nəzərinə

625119

Azərbaycanda gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı, yəni üzərində mühərrik və sürətlər qutusunun olması qiymətlərə təsir göstərəcək.

Bizim.Media xəbər verir ki, bunu "Təmiz Şəhər" ASC-nin mətbuat xidmətinin rəhbəri Orxan Cabbarlı Bakıda keçirilən "Təhlükəsiz mobilliyə doğru" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin oktyabr ayında start götürmüş proses çərçivəsində ötən həftəyə qədər 30 min maşın qəbul edilib: 

"Yay aylarında bu proses intensiv olur. Bölgələrdən illərlə həyətlərdə yatıb qalan avtomobilləri xüsusi evakuatorlarla daşıyıb Bakı, Gəncə, Abşeron və Sumqayıtda olan utilizasiya məntəqələrinə təhvil verirlər. Eyni zamanda 2025-ci il istehsalı olan 5-6 ədəd avtomobil gətirilib utilizasiyaya təhvil verilib. Bunlar da BYD və "Changan"lardır. Çox güman ki, taksidə istifadə olunan maşınlardır və yaxşı sürülmədiyi üçün bu hala düşüblər. Əslində, bu, həmin brendlərin zəif olduğunu deməyə əsas vermir, çünki bu hallar qəza nəticəsində baş verir".(report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin