Füzulidə alovun yayıldığı mina sahələrində partlayışlar BAŞ VERİR

Hazırda oxunan: Füzulidə alovun yayıldığı mina sahələrində partlayışlar BAŞ VERİR

625072

Füzuli rayonunda davam edən yanğın zamanı alovun yayıldığı mina ilə çirklənmiş ərazilərdə partlayışlar baş verir.

Bizim.Media “trend.az”a istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində qeydə alınıb. Yanğının təsiri nəticəsində ərazidə yerləşən minalar ardıcıl olaraq partlayıb.
 

Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Əraziyə cəlb olunan qüvvələr alovun daha geniş əraziyə yayılmasının qarşısını almaq və yanğını tam söndürmək üçün fasiləsiz fəaliyyət göstərirlər.


Ərazinin mina ilə çirklənməsi yanğınsöndürmə işlərini çətinləşdirsə də, vəziyyət aidiyyəti qurumların nəzarəti altındadır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin