Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

Hazırda oxunan: Fərid Zeynalov: “Uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaradılır”

625047

"Media haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi" və “Uşaqların zərərli informasiyadan qorunması” qanunlarında bir sıra dəyişiklik edilir. Proses artıq son mərhələdədir. Qanunvericiliyin məqsədi məhdudlaşdırma tədbirləri keçirmək deyil, uşaqlar üçün daha şəffaf və təhlükəsiz rəqəmsal mühit yaratmaqdır.

Bizim.Media xəbər verir ki, bunu Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədri Fərid Zeynalov iyulun 13-də IV Şuşa Qlobal Media Forumu çərçivəsində “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

“Bu qanunvericiliyin dəyişiklik mərhələsində bir sıra mexanizmlər nəzərdə tutulub.

Belə ki, 16 yaşına çatmamış uşaqların ümumiyyətlə rəqəmsal platformalarda rəqəmsal hesab yaratmaqları qadağan edilir. 16–18 yaşarası yeniyetmələrin qeydiyyatdan keçməsi ilə bağlı onların valideynlərinin razılığı tələb olunur", - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin