Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Hazırda oxunan: Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

625025

Alkoqoldan uzaq durmaq təkcə qaraciyərin deyil, bütün orqanizmin sağlamlığına müsbət təsir göstərir.

Bizim.Media xəbər verir ki, alkoqoldan imtina etdikdən sonra həm fiziki, həm də psixoloji vəziyyətdə nəzərəçarpacaq yaxşılaşmalar baş verir.

Alkoqoldan imtinanın əsas faydaları bunlardır:

Yuxu keyfiyyəti yaxşılaşır, gecə yuxusu daha dərin və rahat olur.

Qaraciyər zamanla özünü bərpa etməyə başlayır və funksiyaları yaxşılaşır.

Ürək-damar sistemi üçün risklər azalır, qan təzyiqi normallaşa bilər.

İmmunitet sistemi güclənərək orqanizmin infeksiyalara qarşı müqaviməti artır.

Alkoqolun yüksək kalorili olması səbəbindən ondan imtina çəkiyə nəzarəti asanlaşdıra bilər.

Dərinin görünüşü yaxşılaşır, susuzlaşma azaldığı üçün dəri daha canlı görünür.

Yaddaş, diqqət və düşünmə qabiliyyəti güclənə bilər.

Ruh halı stabilləşir, narahatlıq və depressiya əlamətləri azala bilər.
 
Uzun müddət və ya çox miqdarda alkoqol qəbul edən şəxslərə alkoqoldan imtina etməzdən əvvəl həkimlə məsləhətləşməyi tövsiyə edirlər. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin