Ağdamda su əvəzinə bilmədən sirkə turşusu içərək zəhərlənən şəxsin vəziyyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb
Bildirilib ki, iyulun 8-i saat 00:50-də zəhərlənmə şübhəsi ilə 2008-ci il təvəllüdlü şəxs (qadın) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Kimyəvi maddədən zəhərlənmə diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır olan şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.
Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".
Bizim.Media





































































































