“Kabelə görə heç kimi öldürməzlər, elə yeri qalmamışdı deşilməsin” – Video

Hazırda oxunan: “Kabelə görə heç kimi öldürməzlər, elə yeri qalmamışdı deşilməsin” – Video

624903

Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Binə qəsəbəsinin “Sovxoz” adlanan ərazisində qeydə alınıb.
Məlumata görə, qonşusunun xahişi ilə internet kabeli çəkən şəxs kabeli digər qonşunun həyətindən keçirmək istəyib.

Bu zaman tərəflər arasında mübahisə yaranıb və biri digərinə çox sayda bıçaq zərbəsi vurub.

Nəticədə telefon və internet xətlərinin çəkilişi ilə məşğul olan 45 yaşlı Xaliq Bağırov hadisə yerində dünyasını dəyişib.

İki övladı olan Xaliq Bağırovun yaxınları hadisənin yalnız internet kabeli üstündə baş verdiyinə inanmadıqlarını bildirirlər. Ailə qətldə bir neçə nəfərin iştirak etdiyini iddia edir.

Hadisə ilə bağlı Ceyhun adlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma davam etdirilir. Qətlin dəqiq motivi, başvermə şəraiti, saxlanılan şəxsin hadisədəki rolu və ailənin irəli sürdüyü iddialar istintaqın yekununda müəyyənləşəcək.

Daha ətraflı “Xəzər TV”nin süjetində:

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin