Ana-bala birlikdə məzun oldu – FOTO

Hazırda oxunan: Ana-bala birlikdə məzun oldu – FOTO

624728

Bakıda ana və qızı birlikdə universitetdən məzun olublar.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan universitetləri” feysbuk səhifəsində məlumat paylaşılıb. 

Paylaşımda qeyd olunub ki, 44 yaşlı Aygün Qasımova 2022-ci ildə ADPU-nun Təhsildə sosial-psixoloji xidmət ixtisasına 389 balla qəbul olub.

Həmin ildə qızı Nərmin Qasımova isə BDU-nun Hüquq fakültəsinə 638,4 balla daxil olub.

Ana 40 yaşında başladığı ali təhsilini 44 yaşında bu il fərqlənmə diploma ilə bitirib.

“Əzm və zəhmət yaş tanımır. Ana və qızın bu uğuru ailədə təhsilə verilən dəyərin ən gözəl nümunəsidir. Əhsən!” – paylaşımın sonunda qeyd olunub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin