Mayonezlə pomidor yesəniz nə baş verər?

Hazırda oxunan: Mayonezlə pomidor yesəniz nə baş verər?

624703

Pomidor salatını mayonezlə yeməyin sağlamlığa zərərli olduğu barədə fikirlər geniş yayılıb. Mütəxəssislər isə bildirirlər ki, problem pomidorun özü deyil, istifadə olunan yağın miqdarıdır.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə qidalanma üzrə mütəxəssislər məlumat yayıblar.

Onların sözlərinə görə, pomidorun tərkibində olan güclü antioksidant likopin orqanizm tərəfindən yalnız yağla birlikdə qəbul edildikdə daha yaxşı mənimsənilir. Likopin ürək-damar sisteminin sağlamlığını dəstəkləyən və hüceyrələri sərbəst radikalların təsirindən qoruyan maddələrdən hesab olunur.

Mayonez niyə ideal seçim sayılmır?

Mütəxəssislər bildirirlər ki, mayonez likopinin mənimsənilməsinə kömək etsə də, tərkibində çoxlu yağ və kalori olduğu üçün onu ən yaxşı seçim hesab etmək olmaz.

Araşdırmalara görə, bir porsiya pomidor salatında likopinin mənimsənilməsi üçün təxminən 5-10 qram yağ kifayətdir. Bu miqdar təxminən bir xörək qaşığı zeytun yağına uyğundur.

Mayonez isə adətən bundan xeyli artıq yağ ehtiva edir və kaloriliyi artırır.

Pomidor üçün ən sağlam sous hansıdır?

Qidalanma mütəxəssisləri pomidor salatını zeytun yağı ilə hazırlamağı tövsiyə edirlər. Daha yüngül və sağlam dad əldə etmək istəyənlər isə zeytun yağını təbii qatıq və az miqdarda xardalla qarışdıraraq sous hazırlaya bilərlər.

Bu qarışıq həm likopinin mənimsənilməsini təmin edir, həm də mayonezlə müqayisədə daha az kalori ehtiva edir.

Mütəxəssislər vurğulayırlar ki, pomidoru bitki yağı ilə birlikdə yemək orqanizmin bu faydalı maddədən maksimum yararlanmasına kömək edir. Buna görə də pomidor salatı üçün ən uyğun seçimlərdən biri məhz zeytun yağı hesab olunur. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin