Qənirə Paşayeva: “Azərbaycandan kənarda yaşayan soydaşlarımızın bir çoxu latın əlifbasında oxuya bilmir”

Hazırda oxunan: Qənirə Paşayeva: “Azərbaycandan kənarda yaşayan soydaşlarımızın bir çoxu latın əlifbasında oxuya bilmir”

624695
“Azərbaycandan kənarda yaşayan soydaşlarımızın bir çoxu latın əlifbasında oxuya bilmir. Çünki onlar yaşadığı ərazilərdən asılı olaraq fərqli amillər səbəbindən əlifbanı öyrənməkdə çətinliklər çəkib”.
 
Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.
 
Komitə sədri bildirib ki, bəzən soydaşlarımız internet vasitəsilə Azərbaycanla bağlı məlumatları oxuya bilmirlər:
 
“Evdə danışıq dili Azərbaycan dilində olduğundan məhz veriliş və proqramları izləyə bilirlər. Soydaşlarımız Azərbaycan dilini öyrədən verilişlərin olmasını istəyirlər”.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin