Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyinin yaradılmasının 90 illiyi münasibətilə Moskva şəhərində keçirilən “ən yaxşı yol patrul xidməti əməkdaşı” adlı peşəkar ustalıq müsabiqəsində Azərbaycan polisi uğura imza atıb.
Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis kapitanı Emil İbrahimov müsabiqəyə dəvət olunmuş MDB ölkələrinin yol patrul xidməti əməkdaşları arasında birinci yerə layiq görülüb.
Müsabiqədə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Azərbaycandan olan yol polisi əməkdaşları iştirak ediblər.
Yarış iştirakçılarının peşə hazırlığı bir neçə istiqamət üzrə qiymətləndirilib. Sınaqlar yol hərəkəti qaydaları üzrə test imtahanı, yol hərəkətinin tənzimlənməsi və nizamlanması, yol-nəqliyyat hadisələri zamanı ilkin tibbi yardım bacarıqları, atəş hazırlığı, silahla davranış və təhlükəsizlik qaydaları, praktiki atıcılıq və fiziki hazırlıq mərhələlərini əhatə edib.
Bütün mərhələlər üzrə yüksək nəticə göstərən polis kapitanı Emil İbrahimov birinci yeri qazanaraq yarışın qalibi olub.
Qeyd edək ki, bu, Emil İbrahimovun nüfuzlu müsabiqədə ilk uğuru deyil. O, Dövlət Avtomobil Müfəttişliyinin yaradılmasının 80 illiyi münasibətilə keçirilən beynəlxalq yarışda da MDB ölkələrinin yol patrul xidməti əməkdaşları arasında birinci yerə layiq görülmüşdü. Qaliblərin təltifetmə mərasimində Rusiya Daxili İşlər Nazirliyinin rəhbər şəxsləri iştirak ediblər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:27 / 11.07.2026
Azərbaycan polisi MDB-nin ƏN YAXŞISI seçildi
Hazırda oxunan: Azərbaycan polisi MDB-nin ƏN YAXŞISI seçildi
Hazırda oxunan: Azərbaycan polisi MDB-nin ƏN YAXŞISI seçildi
624676
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































