Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan-Sədərək magistral avtomobil yolunun Kəngərli rayonu ərazisindən keçən hissəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal Kəngərli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Avtomobildə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin elektrik qoruyucu şiti, kapot hissəsi və 1 ədəd sol təkəri yanıb.


Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:33 / 11.07.2026
Naxçıvanda avtomobil yolun ortasına yandı – FOTO/VİDEO
Hazırda oxunan: Naxçıvanda avtomobil yolun ortasına yandı – FOTO/VİDEO
Hazırda oxunan: Naxçıvanda avtomobil yolun ortasına yandı – FOTO/VİDEO
624667
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































