Bayraq Meydanının idarəetməsi Prezidentin İşlər İdarəsinə VERİLDİ

Hazırda oxunan: Bayraq Meydanının idarəetməsi Prezidentin İşlər İdarəsinə VERİLDİ

632998

Dövlət Bayrağı Meydanın və Dövlət Bayrağı Muzeyinin bütün əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin balansına verilir.

Bizim.Media xəbər verir ki, bu barədə “Dənizkənarı Bulvar İdarəsi” və “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd olunub.
 

Fərmana əsasən, Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət, onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən həyata keçiriləcək.

 

Bununla yanaşı, İdarənin Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət, onların idarə edilməsi və saxlanılması ilə bağlı hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə keçəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin