Azərbaycan dünya bazarına "Halal" standartı ilə ÇIXACAQ

Hazırda oxunan: Azərbaycan dünya bazarına "Halal" standartı ilə ÇIXACAQ

642578

"Dünyada halal məhsullara tələbat kifayət qədər yüksəkdir. Bu imkanlardan səmərəli istifadə etməklə Azərbaycanın ixrac potensialını artırmaq mümkündür". 

Bizim.Media xəbər verir ki, bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini İlqar Həsənov jurnalistlərin suallarını cavablandırarkən bildirib. 
 

O qeyd edib ki, bu məqsədlə qarşıdakı dövrdə halal standartların təşviqi, istehsal müəssisələrində istehsal proseslərinin yerində öyrənilməsi və həmin standartların tətbiqi imkanlarının araşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.


"Hazırda halal məhsullarla bağlı müvafiq standartlarımız mövcuddur. Məhsullar üzərində istifadə olunan halal nişanı da bu istiqamətdə mühüm vasitələrdən biridir. Qarşıdakı mərhələdə əsas məqsədimiz həmin standartların tətbiqini və təşviqini gücləndirmək, istehsalçıların bu sahəyə marağını artırmaq və halal məhsulların ixrac imkanlarını genişləndirməkdir".

Şəfiqə Şəfa Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin