"Şamaxı" "Şəfa" ilə oyunda geridönüş etdi

Hazırda oxunan: "Şamaxı" "Şəfa" ilə oyunda geridönüş etdi

642655

Bu gün Misli Premyer Liqasında 8-ci tura start verilib.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə əvvəlcə "Şamaxı" "Şəfa"nı qəbul edib.

Qonaqlar 2 qolla hesabda irəli çıxsalar da, "Şamaxı" əzmkar qələbə qazanmağı bacarıb - 3:2. "Şamaxı" ardıcıl 7 oyundur ki, uduzmur. "Şəfa" isə ardıcıl 6-cı məğlubiyyətini alıb.

Digər oyund isə "Araz-Naxçıvan" "Sumqayıt"ın qonağı olacaq.

Turun mərkəzi matçı olan "Qarabağ" - "Neftçi" görüşü sabah oynanılacaq.

16 oktyabr (cümə)

Misli Premyer Liqası, 8-ci tur

15:00.“Şamaxı” – “Şəfa” - 3:2

Qollar: Elnur Cəfərov, 5 (0:1), Rauf Hüseynli, 56-pen. (0:2), Jota Oliveyra, 65 (1:2), Həbib İsmayılov, 82 (2:2), Rikardo Apolinario, 90+5-pen. (3:2)

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Səbuhi Bayramov, Elvin Bayramov (VAR), Tərlan Talıbzadə (AVAR)

Şamaxı şəhər stadionu

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin