Cənubi Koreya Yaxın Şərqdə hərbi missiyasını genişləndirməyi PLANLAŞDIRIR

Hazırda oxunan: Cənubi Koreya Yaxın Şərqdə hərbi missiyasını genişləndirməyi PLANLAŞDIRIR

642664

Cənubi Koreya 2009-cu ildən Ədən körfəzində fəaliyyət göstərən “Çxonhe” hərbi-dəniz bölməsinin əməliyyat zonasını genişləndirmək imkanını araşdırır.

Bizim.Media xəbər verir ki, “Kyunghyang Shinmun” qəzetinin məlumatına görə, missiyanın Hörmüz boğazı ilə əlaqəli olan Oman körfəzinə qədər genişləndirilməsi nəzərdən keçirilir. 

Həmçinin əməliyyatları gücləndirmək üçün bölgəyə freqat göndərilməsi ehtimalı da dəyərləndirilir.
 

Bildirilib ki, Cənubi Koreya Prezidenti Li Ce Myonun administrasiyası 2026-cı ilin sonunda səlahiyyət müddəti başa çatacaq bölmənin mandatının uzadılması məsələsini parlamentin müzakirəsinə çıxarmağı planlaşdırır.


Cənubi Koreyanın Müdafiə Nazirliyi missiyanın müddətinin uzadılması məsələsinin araşdırıldığını təsdiqləyib. Bununla belə, missiyanın gələcək fəaliyyət istiqamətləri ilə bağlı hələlik yekun qərar qəbul edilməyib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin