Bu ilin yanvar-avqust aylarında Azərbaycan 3 milyard 739 milyon 662 min ABŞ dolları dəyərində 25 min 53,71 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər/ qızıl, sikkə kəsilməsində istifadə olmayan, digər emal olunmamış formalarda) ixrac edib.
Bizim.Media xəbər verir ki, "Report.az"ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 dəfə, kəmiyyət olaraq – 8 dəfə çoxdur.
Azərbaycan Böyük Britaniyaya 3 milyard 468 milyon 462 min ABŞ dolları dəyərində 21 min 902 kiloqram (1 il əvvəl tədarük olmayıb) və İsveçrəyə 271 milyon 199,34 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 29 % çox) 2 min 151,74 kiloqram (-1,3 %) məhsul satıb.
Hesabat dövründə Azərbaycana xaricdən 21 milyon 223,5 min ABŞ dolları dəyərində (-99,4 %) 136,51 kiloqram (-99,6 %) qızıl gətirilib.
Azərbaycan Türkiyədən 13 milyon 709,84 min ABŞ dolları dəyərində (-86,2 %) 82,43 kiloqram (-92,6 %), İsveçrədən 7 milyon 432,1 min ABŞ dolları dəyərində (-95%) 54 kiloqram (-96,3 %) və Birləşmiş Ərəb Əmirliklərindən 81,5 min ABŞ dolları dəyərində 0,08 kiloqram (1 il əvvəl tədarük olmayıb) qızıl alınıb.
Ötən il Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 326,2 milyon ABŞ dolları dəyərində 4 min 522 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 54 % və 6 % çoxdur.
Bizim.Media


























































































