Xəbər verdiyimiz kimi, Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibinin formalaşdırılması məqsədilə seçki keçirilib.
Bizim.Media xəbər verir ki, seçkinin nəticəsinə əsasən, İdarə Heyətinin 23 nəfərlik yeni tərkibi formalaşdırılıb.
Seçkidə səs verən nümayəndələrin etimadını qazanıb, İdarə Heyətinə üzv seçilənlər arasında Bizim.Media informasiya portalının baş redaktoru Anar Tahirov da var.
Qeyd edək ki, uzun illər jurnalistika fəaliyyəti ilə məşğul olan Anar Tahirov 2020-ci ilin sentyabrından etibarən Bizim.Media informasiya portalının təsisçisi və baş redaktorudur.
Bizim.Media kollektivi adından Mətbuat Şurası İdarə Heyətinin yeni üzvlərini təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:39 / 16.10.2026
Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ
Hazırda oxunan: Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ
Hazırda oxunan: Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ
642584
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































