Azərbaycanda yeni dövlət standartları QƏBUL EDİLƏCƏK – RƏSMİ

Hazırda oxunan: Azərbaycanda yeni dövlət standartları QƏBUL EDİLƏCƏK – RƏSMİ

642576

“Standartlaşdırma sahəsində həyata keçirilən işlərin əsas göstəricilərindən biri yeni dövlət standartlarının hazırlanması və qəbul edilməsidir”.

Bizim.Media xəbər verir ki, b barədə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru vəzifəsini müvəqqəti icra edən Kəmalə Məmmədzadə Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş media təlimində bildirib.
 

O qeyd edib ki, 2021-ci ildə 36, 2022-ci ildə 68, 2023-cü ildə 139, 2024-cü ildə 232, 2025-ci ildə 345, 2026-ci ilin 9 ayı (yanvar-sentyabr) ərzində isə 620 yeni dövlət standartı qəbul olunub, bunlardan 530-dan çoxu istinad standartlarıdır:


“Standartlaşdırma sahəsində mövcud dövlət standarlarının təkmilləşdirilməsi, onların aktuallığının və tətbiqinin səmərəliliyinin müəyyən edilməsi məqsədilə normativ sənədlərin yoxlaması həyata keçirilir. Belə ki, 2026-cı ilin 9 ayı (yanvar-sentyabr) ərzində 28 dövlət standartının yoxlaması aparılıb”.

K. Məmmədzadə diqqətə çatdırıb ki, standartlaşdırma fəaliyyətinin mühüm istiqamətlərindən biri də ölkənin milli standartlaşdırma proqramının formalaşdırılması və icrasıdır:

“Azərbaycan Respublikasının “Standartlaşdırma haqqında” Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”na əsasən İnstitutun Qərarı ilə 2025-ci ilin dekabr ayında “2026-2028-ci illər üçün milli standartlaşdırma proqramı” təsdiq edilib və cari ilin iyul ayında müvafiq dəyişikliklər edilib.

Proqram çərçivəsində 4 minə yaxın normativ sənədin işlənib hazırlanması nəzərdə tutulur.

Bunlardan say etibarı ilə üstünlük təşkil edən sahələr aşağıdakılardır:

Ətraf mühit, Əməyin mühafizəsi və təhlükəsizlik üzrə 532 standart;

Mexaniki və hidravlik sistemlər və komponentlər üzrə 442 standart;

Neft və əlaqəli texnologiyalar üzrə 338 standart;

Tekstil və dəri texnologiyası üzrə 333 standartın qəbulu planlaşdırılır.

Hazırda ölkəmizdə qida və kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və energetika sahəsi, idarəetmə sahəsi, neft-qaz sahəsi, ekologiya və digər sahələri əhatə edən standartlaşdırılma üzrə 43 texniki komitə fəaliyyət göstərir. Bunlardan 3-ü cari ildə təsis edilib.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin