“Şamaxı”nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 8-ci turunda “Şəfa”ya qalib gəldikləri oyundan (3:2) danışıb.
Bizim.Media xəbər verir ki, mütəxəssis qələbəni klubun U-13 komandasının avtomobil qəzasında həlak olan futbolçusu Seyidəli Babazadəyə həsr edib:
“Çox maraqlı oyun alındı. Bu qələbəni Qaxdan qayıdarkən yol qəzasında həlak olan gənc futbolçumuz Seyidəli Babazadəyə həsr edirəm. O, akademiyamızın oyunçusu idi. Allah ona rəhmət eləsin. Həmçinin qələbə münasibəti ilə bütün azarkeşlərimizi təbrik edir, “Şəfa”ya uğurlar arzulayıram”.
Baş məşqçi "Şamaxı” artıq ardıcıl 7 oyundur məğlub olmur. Bu uğurlu seriyanın sirri nədir" sualını belə cavablandırıb:
"Hər işdə bir xeyir var. Deməli, bu seriyanı əldə etmək bizə qismət imiş. Uşaqlar meydanda əllərindən gələni edirlər. Mən onlara həmişə deyirəm ki, Uca Allah səylərimizin əvəzini verəcək. Biz mehriban və mübariz kollektiv yaratmışıq".
Bizim.Media

- A-
- A
- A+
İdman
19:36 / 16.10.2026
Azər Bağırov qələbəni ona həsr etdi
Hazırda oxunan: Azər Bağırov qələbəni ona həsr etdi
Hazırda oxunan: Azər Bağırov qələbəni ona həsr etdi
642662
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































