Həbsxanaya ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Hazırda oxunan: Həbsxanaya ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

642604

Cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinə cəhd olunub.

Bu barədə Bizim.Media-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
 

Məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddə keçirmək cəhdinin qarşısı alınıb.


Belə ki, 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma atası tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən orada olan idman ayaqqabısının daban hissəsində xüsusi üsulla gizlədilmiş 16 ədəd bükülüdə 13,635 qram heroin, 4,529 qram metamfetamin və 2,825 qram qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

"Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur", nazirlikdən bildirilib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin