"Çelsi"nin kapitanı əməliyyat olundu

Hazırda oxunan: "Çelsi"nin kapitanı əməliyyat olundu

642676

İngiltərənin “Çelsi” klubunun müdafiəçisi Riş Ceyms dizindən əməliyyat olunub.

Bizim.Media xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

26 yaşlı futbolçu məşq zamanı aldığı zədədən sonra tibbi müayinədən keçib. Müayinənin nəticələri əməliyyata ehtiyac olduğunu göstərib. Buna görə də Ceyms şənbə günü “Bornmut”a qarşı keçirilən və “Çelsi”nin 5:1 hesablı qələbəsi ilə başa çatan oyunu buraxıb.

Klubun məlumatına görə, komandanın kapitanı artıq bərpa prosesinə başlayıb. 

Qeyd edək ki, Ris Ceyms bu mövsüm Premyer Liqada 4 oyunda iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin