Nə "Arsenal", nə də "Mançester Siti": Arda Güler qərarını verdi

Hazırda oxunan: Nə "Arsenal", nə də "Mançester Siti": Arda Güler qərarını verdi

642611

"Real Madrid"in yarımmüdafiəçisi Arda Güler komanda ilə yeni müqavilə imzalamağa razılıq verib. Tərəflər sözləşmənin müddətinin 2031-ci ilə qədər uzadılması barədə ortaq məxrəcə gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "TEAMtalk" nəşri yayıb.
 

Məlumata görə, Gülerin nümayəndələri bir neçə ay əvvəl "Arsenal" və "Mançester Siti" ilə danışıqlar aparsalar da, "Real" rəhbərliyi futbolçunu ona uzunmüddətli perspektivdə güvəndiklərinə inandırıb.


Yarımmüdafiəçi eyni zamanda baş məşqçi Joze Mourinyodan da dəstək alıb.

Cari mövsümdə İspaniya çempionatı və UEFA Çempionlar Liqasında ümumilikdə doqquz oyuna çıxan türkiyəli ulduz, bir qol vurub və beş məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalının mütəxəssisləri türkiyəli yarımmüdafiəçinin transfer dəyərini 100 milyon avro olaraq qiymətləndirirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin