AFFA U-15 və U-13 Liqalarında işləyən məşqçilər cəzalandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
AFFA U-15 Liqasında keçirilən “Neftçi” – “Qəbələ” oyununda “ağ-qaralar”ın köməkçi məşqçisi Nakim Vəliyev final fitindən sonra hakimlərə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə alıb və 7 oyunluq diskvalifikasiya edilib.
Həmçinin onun komandası 1000 manat cərimələnib.
AFFA U-13 Liqasında baş tutan “Alfa” (Zaqatala) – “Aslan” (Zaqatala) matçında isə “Alfa” komandasının baş məşqçisi Rüstəm Məmmədov rəqib komandanın məşqçisinə qarşı fiziki zor tətbiq edərək davaya səbəb olduğu üçün cəzalandırılıb. Ona 5 oyunluq cəza verilib.
Bizim.Media




























































































