Putinə cəbhədən MƏRUZƏ: Rusiya ordusu Dobropolyeni ələ keçirdi

Hazırda oxunan: Putinə cəbhədən MƏRUZƏ: Rusiya ordusu Dobropolyeni ələ keçirdi

642663

Rusiya Prezidenti Vladimir Putin hazırda xüsusi hərbi əməliyyatlar zonasında olan komandirlərin məruzələrini dinləyib.

Bizim.Media xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Dobropolyeni tam nəzarətə götürüb.

Məruzələrdə bildirilib ki, Ukraynada təhlükəsizlik zonasının yaradılması danışıqların mövzusu olmayacaq. Qeyd olunub ki, Donetsk Xalq Respublikasının ərazisinin 10 faizi, Zaporojye vilayətinin isə təxminən 16 faizi Kiyevin nəzarətində qalır.

Bundan əlavə, Donetsk Xalq Respublikasında Alekseyevo-Drujkovkanın nəzarətə götürüldüyü, Luqansk Xalq Respublikasının isə tamamilə Rusiya Silahlı Qüvvələrinin nəzarətində olduğu iddia edilib.

Həmçinin Rusiya hava hücumundan müdafiə sistemlərinin uğurlu ələkeçirmə göstəricilərinin beş dəfə artdığı bildirilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin