Təcili tibbi yardım sistemində süni intellektin tətbiqinə başlanılır – FOTO

Hazırda oxunan: Təcili tibbi yardım sistemində süni intellektin tətbiqinə başlanılır – FOTO

642597

Süni intellekt əsaslı analitik alətlər vasitəsilə çağırışların coğrafi paylanması, intensivliyi və əhalinin sıxlığı təhlil edilərək briqadaların optimal yerləşdirilməsi, resurslardan səmərəli istifadə və yeni təcili tibbi yardım briqada və məntəqələrinin yaradılmasına başlanılıb. 

Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, bununla yanaşı, təcili tibbi yardım avtomobillərinin sürücüləri naviqasiya sistemli mobil cihazlarla təmin olunacaqlar.
 

Çağırış ünvanları avtomatik olaraq naviqasiya sisteminə ötürüləcək və optimal hərəkət marşrutunun müəyyənləşdirilməsi mümkün olacaq. Bu yenilik briqadaların hadisə yerinə daha sürətli çatmasına şərait yaradacaq.


Qeyd edilib ki, sahə üzrə ən uğurlu xarici təcrübələrin öyrənilməsi və tətbiqi üçün beynəlxalq ekspertlərin cəlbi və əməkdaşlıq layihələrinin icrası da yaxın günlərdə nəzərdə tutulur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin