Bu rayonlarda da Mərkəzi xəstəxana İNŞA EDİLİR - SİYAHI

Hazırda oxunan: Bu rayonlarda da Mərkəzi xəstəxana İNŞA EDİLİR - SİYAHI

619762

İşğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun bərpası və inkişafı istiqamətində işlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Səhiyyə Nazirliyi yayıb.

Qeyd edilib ki, Şuşa şəhərində yerləşən Şuşa Müalicə Sağlamlıq Mərkəzində əhaliyə ambulator tibbi xidmətlərin göstərilməsinə başlanılıb.
 

Bununla yanaşı, 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının və 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisi davam etdirilir.


Eyni zamanda, Cəlilabad rayonunun Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın, Sabunçu rayonunun Maştağa qəsəbəsində ixtisaslaşdırılmış narkoloji tibb müəssisəsinin, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yarımtikili xəstəxana binasının tikintisi həyata keçirilib, habelə 1 nömrəli Uşaq Somatik Sanatoriyasında təmir işləri başa çatdırılıb. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin