Sürücülərin NƏZƏRİNƏ – Bu küçədə hərəkət istiqaməti dəyişdirildi – VİDEO

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ – Bu küçədə hərəkət istiqaməti dəyişdirildi – VİDEO

619638

Paytaxtın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tıxacların qarşısının alınması məqsədilə növbəti layihə icra olunur.

Bizim.Media AYNA-ya istinadən xəbər verir ki, yeni layihə Ə.Dəmirçizadə küçəsi ilə Xətai prospektinin kəsişməsini əhatə edəcək.

Layihə çərçivəsində sözügedən ərazidə hərəkətin təşkilində mühüm dəyişikliklər nəzərdə tutulub.

Belə ki, dəyişikliyə əsasən:

- Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edən avtomobillər artıq Dəmirçizadə küçəsindən istifadə edə bilməyəcəklər.

- Sürücülər alternativ olaraq Koroğlu Rəhimov və Əhməd bəy Ağaoğlu küçələrinə çıxmaqla hərəkət istiqamətlərini davam etdirməli olacaqlar.

Layihənin icra prosesini əks etdirən videogörüntüləri təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin